Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində dəhşətli qəza olub. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, VAZ2107 markalı maşın yolun əks istiqamətinə dönmək istərkən, hərəkətdə olan “Mersedes”lə toqquşub. Nəticədə “07”-nin sürücüsü və sərnişini hadisə yerində həlak olublar. “Mersedes”in sürücüsü yaralanıb.