Qaradağda yük maşını aşıb: tıxac yaranıb
19 iyul 2014 23:17 (UTC +04:00)

Qaradağda yük maşını aşıb: tıxac yaranıb

 Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, paytaxt istiqamətində hərəkət edən meyvə-tərəvəzlə dolu yük maşını idarəetməni itirərək aşıb. Nəticədə magistral yolda tıxac yaranıb.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar