Bakı-Naxçıvan təyyarəsi burulğana düşüb, səkkiz nəfər xəsarət alıb - YENİLƏNİB
12 iyun 2014 14:58 (UTC +04:00)

Bakı-Naxçıvan təyyarəsi burulğana düşüb, səkkiz nəfər xəsarət alıb - YENİLƏNİB

0
 Bu gün Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan “Boeing-757” təyyarəsi hava limanına eniş edərkən 2-3 saniyəlik hava burulğanına düşüb.

 

Bunu “APA-Economics”ə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.

 

Onun sözlərinə görə, təyyarədə 180 sərnişin olub, onlardan səkkizi hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb”.

 

Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3242

Oxşar yazılar