Azərbaycanda silahlı insident
01 mart 2013 12:26 (UTC +04:00)

Azərbaycanda silahlı insident

 

Fevralın 28-də Samux rayonunun Poylu kəndi ərazisində silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kənd ərazisində mal-qara otaranlar Kəlbəcər rayon sakini Əli Muradov ilə rayon sakini Məhəmməd Bayramov arasında münaqişə baş verib. Bu zaman Ə.Muradovun ov tüfəngindən açdığı atəşdən M.Bayramov baş nahiyəsindən yüngül xəsarət alıb.

 

RPŞ əməkdaşları tərəfindən Ə.Muradovdan 1 ədəd ov tüfəngi götürülüb.

# 1899
avatar

Oxşar yazılar