Faciəvi hadisə: qaya 9 yaşlı oğlanın üstünə uçdu
29 aprel 2013 15:32 (UTC +04:00)

Faciəvi hadisə: qaya 9 yaşlı oğlanın üstünə uçdu

Goranboy rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, aprelin 27-də Goranboy rayonunun Ağcakənd kəndi ərazisindəki qayadan qopub düşən daş parçası kənd sakini 2004-cü il təvəllüdlü Qafarov Səxavəddin Saməddin oğlunun başına düşüb.

                                 

Xəsarət almış S.Qafarov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2944

Oxşar yazılar