Aprelin 5-nə keçən gecə Ağcabədi rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, M.Aranlı küçəsi 110 saylı evdə yaşayan Vaqif Hüseynov gecə saatlarında Ağcabədi rayon Polis Şöbəsinə gələrək atası Seyidəli Hüseynovun naməlum şəraitdə qətlə yetirildiyini deyib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, S.Hüseynovu elə doğma oğlu Vaqif öldürüb. V.Hüseynov ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.
Məlumata görə, V.Hüseynov narkotik maddə aludəçisi olub.
Atasını qətlə yetirmiş oğul saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.