Azərbaycanda iş adamı güllələnərək qətlə yetirilib
18 mart 2013 17:54 (UTC +04:00)

Azərbaycanda iş adamı güllələnərək qətlə yetirilib

Bu gün Tovuz rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini 1963-cü il təvəllüdlü Sahib Cəfərov şəhər qəbiristanlığında güllələnib. Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan S.Cəfərov ölüb.

 

Məlumata görə, qətlə yetirilən şəxs Tovuz bazarında valyutadəyişmə ilə məşğul olurmuş.

 

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin yaxalanması istiqamətində iş aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2989

Oxşar yazılar