Azərbaycanda güclü partlayış: 5 nəfər yaralanıb
30 dekabr 2013 10:47 (UTC +04:00)

Azərbaycanda güclü partlayış: 5 nəfər yaralanıb

0

Naftalan şəhərində güclü partlayış hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 125 kvadrat metr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 3 otağın yanar konstruksiyaları 90 kvadrat metr sahədə yanıb. Hadisə zamanı 5 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2374

Oxşar yazılar