Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Bayramov Xəyyam Asif oğlu əsgər yoldaşı 1993-cü il təvəllüdlü Məmmədov Kamran Firdovsi oğlunu bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, K.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən, X.Bayramov isə Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Hər iki əsgərin aşpazlıq təkmilləşmə kursunun üzvü olduğu bildirilir.
Faktla əlaqədar araşdırmalar aparılır.