Bu gün Abşeron rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayonun Kürdəxanı kənd sakini, 2 ay əvvəl dünyaya gəlmiş Qurbanlı Hüseyn sünnət edilərkən ölüb. Körpə Bakı şəhərinin Xəzər rayonu ərazisində, Buzovnadakı 14 saylı təcili tibbi yardım stansiyasında keçinib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və digər aidiyyatı təşkilatların nümayəndələri cəmləşib.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Lent.az-a verilən digər məlumata görə, 2 aylıq oğlan qanaxma nəticəsində dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq çoxlu qan itirən körpənin həyatını xilas etmək mümkün olmayıb.