
Azərbaycanda cinayət törədən 32 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 24 cinayətin üstünü “isti izlər”lə açıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Oxşar yazılar

Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil öldü
12 may 2025 , 23:01
Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı - YENİLƏNİB
12 may 2025 , 22:47
Cəlilabadda FACİƏ: atdan yıxılıb öldü
12 may 2025 , 22:19Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı
12 may 2025 , 21:13
Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər
12 may 2025 , 20:58