Azərbaycanda 4 nəfər maşının altında qalıb öldü
04 dekabr 2017 10:35 (UTC +04:00)

Azərbaycanda 4 nəfər maşının altında qalıb öldü

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb. Lent.az xəbər verir ki, dekabrın 2-də ölkə yollarında 7 avtomobil qəzası olub. Nəticədə 4 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Şənbə günü Mingəçevir, Cəlilabad və Sabunçu rayonlarında piyadalar yol qəzasının qurbanı olub. Xırdalanda isə maneəyə çırpılan avtomobilin sürücüsü hadisə yerində ölüb.

 

Bazar günü isə respublikada 6 yol qəzası qeydə alınıb və nəticədə 1 nəfər ölüb, daha 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölümlə nəticələnən qəza Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində baş verib. Burada "Mercedes" markalı minik avtomobili yaşlı qadını vuraraq öldürüb.

 

Hər bir faktla bağlı zəruri araşdırmalar həyta keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar