Azərbaycanda 2 nəfər özünü asıb
09 aprel 2013 10:49 (UTC +04:00)

Azərbaycanda 2 nəfər özünü asıb

 

Aprelin 8-də Beyləqan rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Mil kənd sakini Bəşirzadə Nahidə Zahid qızı özünü yaşadığı mənzildə asıb.

 

Ağdaş rayonunda da intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağdaş şəhəri M.İsayev küçəsi 33 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Mehrəliyev Ramin Əvəz oğlu özünü yaşadığı evin çardağından asıb. R.Mehrəliyevin ruhi xəstə olduğu bildirilir.

 

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039

Oxşar yazılar