Azərbaycan ordusunun zabiti şəhid olub - YENİLƏNİB
09 aprel 2013 10:31 (UTC +04:00)

Azərbaycan ordusunun zabiti şəhid olub - YENİLƏNİB

 

Azərbaycan ordusu cəbhə xəttində daha bir itki verib. Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, aprelin 8-də axşam saatlarında cəbhə xəttinin Ağdam rayonu istiqamətində, Sarıcalı kəndi yaxınlığında erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində Milli Ordunun hərbçisi 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu şəhid olub. Ş.Məmmədov baş nahiyəsindən aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Məlumata görə, şəhid olmuş hərbçimiz Naxçıvanda anadan olubmuş.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə dünən saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində baş verib. N saylı hərbi hissənin leytenantı, 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3436

Oxşar yazılar