Azərbaycan millisinin sabiq baş məşqçiləri üçün yubiley
28 oktyabr 2013 11:47 (UTC +04:00)

Azərbaycan millisinin sabiq baş məşqçiləri üçün yubiley

Futbol üzrə Topaz Premyer Liqasının XI turu Azərbaycan milli komandasının sabiq baş məşqçiləri Vaqif Sadıqovla Şahin Diniyev üçün əlamətdar olub. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının hazırladığı statistik yazıda Sadıqovun AZAL-ın baş məşqçisi qismində 50-ci matçına çıxdığı qeyd olunub.

 

Son turun paytaxt derbisində “İnter”ə 0:2 hesabı ilə uduzan təcrübəli mütəxəssis 50 matçda 22 qələbə, 15 heç-heçə və 13 məğlubiyyət alıb. Sadıqovun rəhbərliyi altında 73 qol vuran AZAL üçün “İnter”lə görüşdə buraxılan ilk top 50-ci olub.  

 

mövsüm

turnir

o

q

h

m

t

x

2011/12

Premyer Liqa

6

2

3

1

5-3

9

2012/13

Premyer Liqa

32

16

9

7

57-32

57

2012/13

Kubok

1

0

0

1

0-1

0

2013/14

Premyer Liqa

11

4

3

4

11-15

15

Cəmi:

50

22

15

13

73-51

81

 

Diniyev isə “Rəvan”ın sükanı arxasında ilk xalını qazanmaqla bərabər, Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü yubiley matçına çıxıb. “Bakı” ilə oyundakı qolsuz heç-heçəyə qədər 99 oyunda bu postda olan mütəxəssis “100”ə 3-cü klubunda çatıb. “Rəvan”a qədər “Qarabağ” və “Kəpəz”ə başçılıq edən Diniyev bu klublar müvafiq olaraq “Qarabağ-Azərsun” və “Gəncə” adlandığı vaxt onların sükanı arxasında olub. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin hesabında 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci mütəxəssis kimi tarixə düşüb. 

 

Qarabağ-Azərsun (Ağdam)

2001/02

25

13

2

10

41-34

41

Qarabağ-Azərsun (Ağdam)

2003/04

26

19

3

4

63-17

60

Gəncə

2004/05

34

11

9

14

37-37

42

Gəncə

2005/06

13

6

6

1

22-8

24

Rəvan

2013/14

2

0

1

1

1-2

1

Cəmi:

 

100

49

21

30

164-98

168

 

Topaz Premyer Liqasının XI turu çempionatın ən gənc komandaları “Rəvan”la “Sumqayıt” üçün də əlamətdar olub. Mövsümün autsayderləri 3-cü dəfə çıxış etdikləri Premyer Liqada yubiley - 75-ci matçlarında iştirak ediblər. Lakin nə “Rəvan”, nə də “Sumqayıt” yubiley oyununda qol vurmağa nail olub. Paytaxt təmsilçisi “Bakı” ilə qolsuz heç-heçə etməklə 1 xal qazana bilib. Sumqayıtlılar isə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.

 

Klub

oyun

qələbə

heç-heçə

məğlubiyyət

top fərqi

xallar

Rəvan (Bakı)

75

23

19

33

90

-

111

88

Sumqayıt

75

16

16

43

63

-

121

64

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar