Bu gün Xətai Rayon Məhkəməsində tanınmış rejissor Aqil M. Quliyevə qarşı olan şikayət əsasında məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Quliyev Aqil Mansur oğlu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
A.M.Quliyev məhkəmə zalında həbs olunub. Bəs tanınmış rejissorun həbsinə səbəb nə olub? Ondan hüquq-mühafizə orqanlarına şikayət edən qadın kimidr?
Keçən il A.M.Quliyev barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Səbəb isə A.M.Quliyevin Bakı şəhər sakini Turabova Marianna Aleksandrevnaya olan 150 min manat borcunu qaytarmaması göstərilib. A.M.Quliyev isə bu işi özünə qarşı şər-böhtan adlandırıb. Onun açıqlamalarından məlum olur ki, M.Turabova rejissorun keçmiş sevgilisidir. Cinayət işinin açılmasında və məsələnin daha da böyüməsində səbəbkar isə M.Turabovanını anasıdır.
A.M.Quliyev dəfələrlə bildirib ki, keçmiş qayınanası onun qızı ilə evlənmədiyinə görə bu vasitəyə əl atıb. Lakin istintaq və məhkəmə prosesi sənətçinin günahkar olması qərarına gəlib və bu gün məhkəmə zalındaca rejissor həbs edilib.