Anar Məmmədxanovun xanımının oğurlanan iti tapıldı - <span style="color:red;">YENİLƏNİB
09 oktyabr 2017 14:37 (UTC +04:00)

Anar Məmmədxanovun xanımının oğurlanan iti tapıldı - YENİLƏNİB

 

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın oğurlanmış “caucau” cinsli iti tapılıb. 
 
Lent.az-ın məlumatına görə, bu barədə qafqazinfo-ya xəbəri İ.Məmmədxanova verib: “Mənə bu işdə köməklik etdikləri üçün polis əməkdaşlarına təşəkkür edirəm. İt Şüvəlan istiqamətində küçələrin birində tapılıb. Belə ki, it həyətdən çıxıb Şüvəlan tərəfə  gedib.  Küçədə yaşayan bir ailənin itdən xoşu gəlib və onu həyətə salıblar. Onlar  bunu oğurlamaq məqsədilə etməyiblər. Sadəcə it xoşlarına gəlib. Biz də həmin evi tapdıq və onu bizə qaytardılar”.

 

 

11:05

 

Bakıda “caucau” cinsli it oğurlanıb. Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “caucau” cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

 

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, iti oğurlanan qadın “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır. 

 

Onu da bildirək ki, "caucau" cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar