Ana 3 yaşlı qızı ilə itkin düşüb
01 oktyabr 2013 18:12 (UTC +04:00)

Ana 3 yaşlı qızı ilə itkin düşüb

Balakən rayonunda ana və üç yaşlı qızı itkin düşüb.


 

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna itkin düşən qadının anası, Balakən rayonunun Qazbinə kənd sakini Əminət Ələkbərova məlumat verib.

 

Ə. Ələkbərovanın sözlərinə görə, qızı, 1986-cı il təvəllüdlü Fatma Abdullayeva və nəvəsi 2010-cu il təvəllüdlü Aytac Abdullayeva sentyabr ayının 20-də evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Anası bildirib ki, həmin gün qızı və nəvəsi evdə tək olub. Axşam saat 18.00 radələrində evə qayıdan ailə üzvləri Fatmanı və Aytacı evdə tapmayıblar.

 

Evdən çıxarkən Fatmanın əynində qırmızı rəngli xalat, ayağında qara rəngli ayaqqabı, qızının əynində isə çəhrayı rəngli şalvar, köynək olub. Ailə üzvlərinin sözlərinə görə, Fatma evdən çıxarkən pul və əlavə paltar götürməyib. Yalnız özünün və övladının sənədlərini götürən ana və uşağı həmin tarixdən etibarən heç kəs görməyib. Ailə üzvləri 3 gün sonra rayon Polis Şöbəsinə müraciət edib.

 

Faktla bağlı Balakən rayon Polis Şöbəsində axtarış tədbirləri keçirilir. Şöbənin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Anar Mehdiyev faktı təsdiq edib. Təhqiqatçının sözlərinə görə, Fatma Abdullayeva itkin düşməzdən bir gün öncə, sentyabrın 19-da intihara cəhd edib. Bunun üçün dərman preparatı qəbul edən Fatma Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vəziyyəti yüngül olduğu üçün elə həmin gecə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Bir neçə gün sonra isə onun itkin düşməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

 

Fatma Abdullayeva həyat yoldaşı ilə aralarında yaşanan anlaşılmazlıqlara görə, valideynləri ilə birgə yaşayıb. Onun həyat yoldaşının hazırda Rusiyanın Mahaçqala şəhərində yaşadığı bildirilir. 

# 2683
avatar

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi

21 may 2024 , 21:35
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15