Ağsu və Şamaxıda 700 hektar taxıl sahəsi yandı
16 iyun 2013 23:08 (UTC +04:00)

Ağsu və Şamaxıda 700 hektar taxıl sahəsi yandı

Şamaxı və Ağsu rayonlarında böyük ərazidə yanğın baş verib.

 

APA-nın məlumatına görə, bu gün saat 16:30 radələrində Şamaxının Çöl Göylər kəndi ərazisindəki taxıl sahəsində baş verən yanğın getdikcə genişlənib.  Yanğın Şamaxının Bağırlı və Göylər, Ağsunun Bico, Ləngəbiz, Çaparlı kəndləri ərazisindəki taxıl sahələrini də əhatə edib.

 

 

Hadisə yerinə FHN-nin Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir, Göyçay, Qəbələ rayon yanğından mühafizə hissələrinin 10 maşını və 100-dən çox işçisi, mülki müdafiə qoşunlarının şəxsi heyəti və iki helikopter cəlb edilib.

 

Dağlıq və dağətəyi ərazini əhatə edən yanğın axşam saat 22:00 radələrində söndürülüb.

 

Hadisə nəticəsində Ağsu rayonu ərazisində təxminən 500 hektar, Şamaxı ərazisində isə 200 hektar biçilmiş və biçilməmiş taxıl sahəsi, otlaq ərazi, kol-kos və xırda ağaclar yanıb. Yanğının yaşayış məntəqələrinə və meşə zolağına daxil olmasının qarşısı alınıb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir və əraziyə nəzarət olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936
avatar

Oxşar yazılar