Ağstafada Rusiya vətəndaşlarını 7 il fermada işlədiblər
08 aprel 2014 12:56 (UTC +04:00)

Ağstafada Rusiya vətəndaşlarını 7 il fermada işlədiblər

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məcburi əməyə cəlb etmə faktı aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, Ağstafa rayonunun Köçəsgər kənd sakinləri Elsevər Tağıyev və Şahin Əliyev 2007-ci ildən 2014-cü ilin aprel ayınadək olan müddətdə kənd ərazisində olan özlərinə məxsus fermalarda Rusiya Federasiyasının vətəndaşları Vladimir Naumovu və Aleksandr Zıkovu məcburi əməyə cəlb ediblər.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2653

Oxşar yazılar