Aeroport yolunda 4 avtomobil toqquşdu: yaralılar var
26 fevral 2013 14:51 (UTC +04:00)

Aeroport yolunda 4 avtomobil toqquşdu: yaralılar var

 

Bakı şəhərinin Suraxanı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Aeroport yolu kimi tanınan magistralda, Suraxanı dairəsi adlanan ərazidə 4 avtomobil ( 1 “Nissan”, 3 “Mercedes” markalı) toqquşub. Nəticədə avtomobillər yolun qoruyucu metal maneəsinə çırpılıb, maşınlar istifadəyə yararsız vəziyyətə düşüb. Qəzadan sonra Mərdəkan qəsəbəsi istiqamətinə gedən zolaqda tıxac yaranıb.

 

İlkin məlumata görə qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir. Xəsarət alan şəxslər 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4943

Oxşar yazılar