"Fənər" Yanaldan əl çəkmir
01 yanvar 2014 21:24 (UTC +04:00)

"Fənər" Yanaldan əl çəkmir

0

“Fənərbaxça” baş məşqçisi Ərsun Yanalla müqaviləni yeniləyəcək. Apasport.az “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin Prezidenti Əziz Yıldırım artıq bu barədə klub advokatlarına göstəriş verib.

Məlumatlara görə yeni sözləşmənin 2+1 illik olması gözlənilir. 

Qeyd edək ki, 52 yaşlı mütəxəssis bu yay Türkiyənin digər klubu “Əskişəhərspor”dan ayrılaraq “Fənərbaxça”ya keçib. Onun “sarı-lacivərdlilər”lə cari mövsümün sonuna kimi müqaviləsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1176

Oxşar yazılar