
Zaqatalada fındıq oğrusu tutuldu
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı M. Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Ağdamda itən qız tapıldı - FOTO - YENİLƏNİB
25 avqust 2025 , 13:40Şahin Şıxlinski "toyuq hini" boyda kamerada saxlanılır: "Hər an ölə bilər"
25 avqust 2025 , 13:15
Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı
25 avqust 2025 , 11:55
Naxçıvanda ağac qırıldı, 3 nəfər yaralandı
25 avqust 2025 , 11:46
Bakıda FACİƏ: Gürcüstandan dostunun yanına gəldi, "tok" vurub öldürdü
25 avqust 2025 , 11:15
"Direktora şikayət edəndə qapını göstərirdi" - 7 körpənin ölümü ilə bağlı MƏHKƏMƏ
25 avqust 2025 , 11:08
Ağdərədə insan qalıqları tapıldı
25 avqust 2025 , 11:01