[b]Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı - YENİLƏNİB[/b]
11 aprel 2019 17:30 (UTC +04:00)

[b]Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı - YENİLƏNİB[/b]

Aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurmuş və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini  Təvəkkül Qasımov olduğu müəyyən olunub. Belə ki, onun dünən axşam saatlarında idarə etdiyi “VAZ 2170 “ markalı avtomobillə piyada O.Abdurəhimovu vurub hadisə yerindən uzaqlaşdığı məlum olub.
 
T.Qasımov  saxlanılaraq idarə etdiyi avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır. 

17:10

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 10-da saat 23:00 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsində müəyyən edilib. Məlumata görə, müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Oqtay Abdurəhimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar

Lənkəranda maşın 10 yaşlı məktəblini vurdu

Lənkəranda maşın 10 yaşlı məktəblini vurdu

10 may 2025 , 18:21
Şəkidə AĞIR QƏZA:   yaralılar var

Şəkidə AĞIR QƏZA: yaralılar var

10 may 2025 , 17:17
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

10 may 2025 , 16:42
Azərbaycanlı məmur 40 milyon  verib HƏBSDƏN ÇIXDI

Azərbaycanlı məmur 40 milyon verib HƏBSDƏN ÇIXDI

10 may 2025 , 16:05
Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

10 may 2025 , 14:04
Beyləqanda körpə öldü  - YENİLƏNİB

Beyləqanda körpə öldü - YENİLƏNİB

10 may 2025 , 13:56
Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01