
Ərini öldürən qadının istəyi reallaşmadı
Ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, T.Vəliyevanın apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan T.Vəliyeva həyat yoldaşı Nazim Vəliyevi ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apelyasiya şikayəti verib.
Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.
Oxşar yazılar

Lənkəranda laqunda yeniyetmənin barmaqlarını kəsdi
22 may 2025 , 20:45
Şirvan sakini 2 yaşlı övladını avtomobillə vurub öldürdü
22 may 2025 , 20:27
Bakıda ailəsi gənc oğlanın meyitini görün haradan tapdı?
22 may 2025 , 19:33
Məhkəmədə Levon Mnatsakanyanın da Şuşanın işğalında iştirakını təsdiqləyən videomaterial
22 may 2025 , 19:22
Sabirabadda iki maşın toqquşdu: ölən var
22 may 2025 , 19:16
“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə hökm oxundu
22 may 2025 , 19:06
Rayon sakininin meyiti sübh tezdən Bakıda küçədə TAPILDI
22 may 2025 , 18:20