"Azərbaycan tərəfdə altı erməni əsgərin meyitinin olması barədə bizdə heç bir məlumat yoxdur".
Bunu APA-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından da APA-ya bildirilib ki, hazırda Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.
"Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, aprelin əvvəllərində baş vermiş döyüş toqquşmalarında öldürülmüş altı erməninin meyitinin Azərbaycanda olduğu barədə məlumat yayılıb.

"Azərbaycanda erməni hərbçilərin meyitlərinin saxlanması düz deyil"
Oxşar yazılar

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı
23 avqust 2025 , 12:10
Bakıda ustanı öz evində cərəyan vurub öldürdü
23 avqust 2025 , 11:49
Oğurladığı nömrələri öz maşınına qoyub sürən saxlanıldı
23 avqust 2025 , 11:33
Prokuror rüşvət alarkən TUTULDU
23 avqust 2025 , 10:35
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23 avqust 2025 , 09:58
Şəhid ailələrini aldadıb pullarını alan qadın saxlanıldı - VİDEO
23 avqust 2025 , 09:23
Füzulidə yanğın törədən saxlanıldı
23 avqust 2025 , 09:18