«Tümen – Bakı» sərnişin qatarında partlayıcı həyəcanı
24 oktyabr 2013 23:25 (UTC +04:00)

«Tümen – Bakı» sərnişin qatarında partlayıcı həyəcanı

Rusiya-Azərbaycan sərhədində «Tümen-Bakı» sərnişin qatarı saxlanılıb.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qatar Dərbənddə Gömrük-Sərhəd Nəzarətindən keçirilərkən vaqonların birində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Qatar əhatəyə alınaraq nəzarətə götürülüb, sərnişinlər qatardan çıxarılıb.

 

Məlumata görə, gömrükçülərdə  vaqonun tavanındakı paketə bükülmüş əşya rusiyalı  şübhə yaradıb. Hadisə yerinə sapyorlar və mütəxəssislər cəlb olunub.  

 

Rusiya-Azərbaycan sərhədindəki Dərbənd dəmiryolu stansiyasında partlayıcı qurğuya bənzər əşyanın aşkarlandığı vaqon «Tümen-Bakı» sərnişin qatarından ayrılaraq, Bakıya yola salınıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar