«Sədərək»dəki yanğın söndürülüb YENİLƏNİB-2
18 iyun 2013 07:43 (UTC +04:00)

«Sədərək»dəki yanğın söndürülüb YENİLƏNİB-2

Sədərək Ticarət Mərkəzində təxminən gecə yarısı başlamış yanğın səhər saatlarında lokallaşdırılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə istinadən verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin anbarlar olan hissəsində meydana gəlib. Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb və onun tam söndürülməsi üzrə tədbirlər görülür.

***
04.36
Sədərək Ticarət Mərkəzində başlamış və 4 saatdan artıq davam edən yanğın söndürülüb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri məlumat verir. 

 

***
 
03.30
«Sədərək» Ticarət Mərkəzində güclü yanğın başlayıb.

 

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, təxminən gecəyarısı başlayan yanğın ticarət mərkəzinin içərisində xırdavat malları olan 10-dək anbarını məhv edib. Yaxınlıqda olan anbarların sahibləri öz mallarını çıxarmağa başlayıblar.

 

Məlumata əsasən, artıq Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin yanğınsöndürən maşınları cəlb olunublar. Hazırda yanğının söndürülməsi üzrə iş davam edir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3397
avatar

Oxşar yazılar