“Audi”nin şüşəsini sındırıb 56 min manatı götürdülər
06 may 2013 14:23 (UTC +04:00)

“Audi”nin şüşəsini sındırıb 56 min manatı götürdülər

 

Mayın 4-də Abşeron rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Novxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini Fərid Abbasova məxsus "Audi" markalı avtomaşından şüşəni sındırmaq yolu ilə 56000 manatı oğurlanıb.

 

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri -  Bakı şəhər sakini Anar Əhmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320

Oxşar yazılar