Yasamalda 17 yaşlı oğlanı soydular
15 oktyabr 2013 11:52 (UTC +04:00)

Yasamalda 17 yaşlı oğlanı soydular

Bakı şəhərinin Yasamal rayonu ərazisində soyğunçuluq olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında Rəfibəyli küçəsi 29 ünvanının qarşısında naməlum şəxslər 1996-cı il təvəllüdlü İlyasov Ömər Bayram oğluna hücum edib. 17 yaşlı oğlanın əlindəki planşeti alan həmin şəxslər çox keçmədən ərazidən uzaqlaşıb.

Hazırda faktla əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar