SN doğuş zamanı ölən ana ilə bağlı məlumat yaydı
23 sentyabr 2013 14:48 (UTC +04:00)

SN doğuş zamanı ölən ana ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi Gəncə şəhər Regional Perinatal Mərkəzdə doğuş zamanı baş verən ana ölümü ilə bağlı məlumat açıqlayıb.


 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün sentyabrın 22-də saat 16:20-də xəstəxanaya gətirilib, bir müddət sonra - saat 16:30-da bioloji ölüm baş verib. Bu, 32 yaşlı ananın 5-ci hamiləlik, 3-cü doğuşu olub. Hazırda hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib. Müvafiq araşdırmanın aparılması üçün ananın meyitinin təşrih edilməsinə qadının yaxınları kəskin etiraz etsələr də, sonradan razılıq verilib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsi tərəfindən araşdırıldıqdan sonra ölümün səbəbləri məlum olacaq.

 

Məsələ ilə bağlı son qərar Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşayardım Komissiyası tərəfindən veriləcək. Doğuşayardım Komissiyası tərəfindən ciddi şəkildə araşdırılacaq ki, bu hadisə həkimlərin səhvi nəticəsində baş verib, yoxsa doğrudan da xəstənin səhhətində hansısa problemlər olub. Artıq məsələnin komissiyada araşdırılmasına başlanıb və bütün faktlar öyrənilir. Ana və uşaq ölümünün səbəbi lazımi səviyyədə öyrənilib araşdırıldıqdan sonra Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən müvafiq qərar veriləcək.

 

Qeyd edək ki, Gəncə şəhər sakini doğuş zamanı xəstəxanada dünyasını dəyişib. Hadisə ötən gün Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib. Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün xəstəxanaya gətirilib və bir müddətdən sonra dünyasını dəyişib. Hazırda Gəncə şəhər Prokurorluğundan faktla bağlı araşdırma aparılır.

 

 

# 1995
avatar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54