Bakıda ağır qəza: ölən və yaralanan var
06 aprel 2013 12:24 (UTC +04:00)

Bakıda ağır qəza: ölən və yaralanan var

 

Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun Ələt qəsəbəsindən keçən hissəsində 52 yaşlı Nurəddin Rəfiyevin idarə etdiyi “Tofaş” markalı minik avtomobili Arif Rzayevin idarə etdiyi “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin – 31 yaşlı Orxan Bəkirov hadisə yerindəcə keçinib. Sürücü və 15 yaşlı oğlu Məhəmməd isə xəstəxanaya yerləşdirilib.

 

Faktla əlaqədar BDYPİ-nin İstintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532

Oxşar yazılar