4 min manatlıq boya aldı, pulunu vermədi
31 dekabr 2017 15:35 (UTC +04:00)

4 min manatlıq boya aldı, pulunu vermədi

Bakıda satdığı malın pulunu ala bilməyən şəxs polisə müraciət edib. Lent.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Nəsirov Elmar Xanlar oğlu ərizə yazaraq bildirib ki, noyabrın 8-də satıcı işlədiyi Badamdar şosesi 27-də yerləşən boya mağazasında Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Elman Əliabbas oğlu Yusifov ondan 3914 manat dəyərində boya alıb. Lakin həmin şəxs aldığı malın pulunu verməkdən boyun qaçırıb.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250

Oxşar yazılar