Bu gün Yevlax rayonunda güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaraoğlan kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.