Xaçmazda  təcili yardım maşını   qəzaya düşdü: sürücü...
08 fevral 2024 19:09 (UTC +04:00)

Xaçmazda təcili yardım maşını qəzaya düşdü: sürücü...

Xaçmazda zəncirvari qəza baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində "VAZ-21015 markalı nəqliyyat vasitəsi “VAZ-21014” markalı minik avtomobili ilə toqquşub. Sonra "VAZ-21014" markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən "UAZ" markalı təcili tibbi yardım avtomobilinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Qəza zamanı "VAZ-21014"-ün sürücüsü, Xaçmaz rayon sakini, 35 yaşlı Quliyev Azad Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Oxşar yazılar