Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, molla arvadını qısqanclıq zəminində öldürüb. O, arvadının başqa kişi ilə əlaqələrini tutub.
Xaspoladoba kənd sakini, 48 yaşlı Asəf Vaqif oğlu Məmmədov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 45 yaşlı Yaqut Bayram qızını əli ilə boğaraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, A.Məmmədov tutulub.
***
Saat 02:00
Lent.az xəbər verir ki, kəndin mollası Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq öldürüb.
Daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək təslim olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
01:05
Xaçmaz rayonunun Xaspolad-oba kəndində qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, kəndin mollası Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanın boğaz nahiyəsinə bıçaq xəsarətləri yetirərək onu qətlə yetirib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalara aparılır.