Xaçmazda itkin düşən oğlanın asılmış meyiti tapıldı - YENİLƏNİB
14 mart 2024 17:23 (UTC +04:00)

Xaçmazda itkin düşən oğlanın asılmış meyiti tapıldı - YENİLƏNİB

Xaçmaz rayonunun Fərzəlioba kəndi yaxınlığında meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, meyiti tapılan şəxsin Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu olduğu məlum olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Xaçmaz morquna aparılıb.

Qeyd edək ki, P. Əliyevin martın 11-də Maqsudkənd kəndində evdən çıxıb bir daha geri dönmədiyi barədə polisə müraciət edilib. O, itkin kimi axtarılılırdı.

Faktla bağlı araşdırma aparılır.

***
Saat: 11:14

Xaçmazda gənc oğlan itkin düşüb.

Lent.az xəbər verir ki, rayonun Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu martın 11-də saat 1 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Onu görənlərdən Xaçmaz rayon Polis Şöbəsinə və 050 657 79 08 mobil nömrəsinə məlumat vermələri xahiş olunur.

# 4626
avatar

Mehman Nəbiyev

Oxşar yazılar