Tovuzda  dərəyə düşən   kişi xilas edildi -  VİDEO
28 aprel 2024 14:37 (UTC +04:00)

Tovuzda dərəyə düşən kişi xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Yanıqlı kəndi  ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 35 yaşlı Rüstəmov Ceyhun Tofiq oğlu dərinliyi 100 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yanıqlı kəndində xilasetmə əməliyyatı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Oxşar yazılar