Tovuzda AĞIR QƏZA: ölənlər var
08 fevral 2023 12:48 (UTC +04:00)

Tovuzda AĞIR QƏZA: ölənlər var

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Tovuz rayon Polis Şöbəsinə rayonun Əlimərdanlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkətini bərpa edib. İlkin araşdırmalar nəticəsində VAZ 21011 markalı avtomobil ilə Mitsubishi Pikap markalı avtomobil toqquşub. VAZ markalı avtomobildə olan 4 nəfərdən 2-si xəsarət alıb. Tovuz rayon Hunanlar kənd sakini 47 yaşlı Əli Abuzərov və 47 yaşlı Nabat Abbasova həlak olub.

Faktla bağlı əlavə məlumat veriləcək".

# 1608
avatar

Mehman Nəbiyev

Oxşar yazılar