Tərtərdə iki "Jiquli" toqquşdu, 1 ölü 2 yaralı
11 mart 2025 23:16 (UTC +04:00)

Tərtərdə iki "Jiquli" toqquşdu, 1 ölü 2 yaralı

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Lent.az-ın əldə etdiyi məlumata görə hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini, 24 yaşlı Yaqub İsbəndiyarov dünyasını dəyişib.

Tərtər rayon sakini, 22 yaşlı Emil Ağayev, Ağdam rayon sakini 30 yaşlı Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 22 yaşlı Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar