30 yaşında geyinilən cins şalvarlar 50 yaşda uyğun və ya zövqlü görünməyə bilər. Buna görə stilistlər köhnə paltarları, xüsusilə də cins şalvarları geyinməyi tövsiyə etmirlər.
Moda mütəxəssisləri 50 yaşdan sonra qadınların bədən quruluşunu vurğulayan və ümumi görünüşü gözəl edən ideal cinsləri seçməsi üçün bir neçə məsləhət veriblər.
Lent.az 50 yaşdan sonra düzgün cins şalvar seçmək üçün faydalı məsləhətlər təqdim edir:
Denim parçasının keyfiyyətinə diqqət edin
Yaşı yetkin qadınlar bədəni daha yaxşı formalaşdıran və düzəldən qalın materiallı cinslər seçməlidirlər. Nazik və elastik cinslər bədənin kiçik qüsurlarını vurğulaya bilər, bu səbəbdən onları geyinmək tövsiyə edilmir.
Düzgün bel kəsimi seçin
Yüksək belli cinslər ayaqları daha uzun göstərir, lakin qarın hissəsində problem varsa, belə modellər uyğun olmayacaq. Orta belli cinslər isə həm rahat, həm də zərif görünüş təqdim edir.
Klassik rənglərə üstünlük verin
50 yaşdan yuxarı qadınlar tək rəngli, tünd göy və ya klassik mavi cinslər seçməlidirlər. Bu, görünüşə zəriflik və eleqantlıq əlavə edir.
Dekordan çəkinin
Cinslərdə olan parlaq daşlar, yırtıqlar, naxışlar və ya digər dekorativ elementlər paltarın görünüşünü ucuzlaşdırır və yetkin yaşda qeyri-ciddi təsir bağışlaya bilər. Ən yaxşı seçim sadə və minimalistik dizayna malik cinslərdir.
Rahatlığı ön planda tutun
Hər mövsüm yeni trend modellər meydana çıxsa da, onların hamısı rahat olmaya bilər. Buna görə də klasik cinslər seçmək ən yaxşı seçimdir. Onlar:
Həmişə dəbdə qalır.
Gündəlik və xüsusi tədbirlər üçün uyğun gəlir.
Zövqlü və eleqant görünmək üçün düzgün parçadan hazırlanmış, klassik və rahat cinslərə üstünlük vermək lazımdır.