Tanınmış jurnalist ağır qəzaya düşdü: özü və qızı...   - FOTO
27 may 2021 13:35 (UTC +04:00)

Tanınmış jurnalist ağır qəzaya düşdü: özü və qızı... - FOTO

Tanınmış jurnalist Nigar Abbasova qəzaya düşüb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb. N. Abbasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə doğru hərəkətdə olarkən dönmə əməliyyatını düzgün yerinə yetirməyən “Hyundai Santafe” markalı maşın qəfildən ona çırpılıb.

Qəza nəticəsində N.Abbasova və avtomobildəki qızı, 12 yaşlı Nərmin xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. 

Jurnalist N.Abbasova Lent.az-a açıqlamasında ölümdən döndüklərini və hazırda həkim müayinəsindən keçdiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14898
avatar

Oxşar yazılar