Sumqayıtda piyadanı öldürən sürücü saxlanıldı
29 noyabr 2021 18:45 (UTC +04:00)

Sumqayıtda piyadanı öldürən sürücü saxlanıldı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə noyabrın 26-da saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Dərhal başlanılan əməliyyat tədbirləri ilə həmin şəxsin Sumqayıt şəhər sakini Seymur Abdalov olması, yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini N.Yaqubov Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Mehman Nəbiyev

Oxşar yazılar