Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 13-cü mikrorayon bina 19-da baş verən partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Ramin Əliyev ölüb.
Lent.az xəbər verir ki, onun oğlu 2007-ci il təvəllüdül Ayxan Əliyevin vəziyyətində dair TƏBİB-dən APA-ya bildirilib ki, hazırda yaralının müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında davam etdirilir.
Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxsin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Reanimasiya şöbəsində müalicəsi davam etdirilən başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə həkimlərin səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
***
21:37
Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb
Lent.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər 13-cü mikrorayon bina 19-da baş verən partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Ramin Əliyev ölüb.
Məlumat üçün bildirək ki, yaralılar Bakıda xəstəxanlardan birində müalicə alırdılar və dünən Sumqayıt xəstəxanasına köçürülmüşdülər.
Onun oğlu 2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.