Sumqayıtda iki azyaşlı bacıların ölümü ilə bağlı  YENİ XƏBƏR
18 noyabr 2022 18:13 (UTC +04:00)

Sumqayıtda iki azyaşlı bacıların ölümü ilə bağlı YENİ XƏBƏR

Qida Təhlükəsizliyi Agentliyi Sumqayıtda iki azyaşlı uşağın ölümü ilə bağlı araşdırmaların ilkin nəticələrini açıqlayıb.

Agentlikdən Lent.az-a bildirilib ki, noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının olümü ilə əlaqədar AQTA-nın və müvafiq qurumların apardığı araşdırmalar nəticəsində ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib. Hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, noyabrın 16-da Sumqayıtda 2 azyaşlı -  4 yaşlı Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 6 yaşlı Allahverdiyeva Aynaz Şahbaz qızı ölüb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, eyni ailənin üzvü olan qızlar npoyabrın 16-da saat 05:35-də Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib.

Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

 

# 2409
avatar

Oxşar yazılar