Sumqayıtda idarənin anbarı qarət olundu
28 yanvar 2023 12:38 (UTC +04:00)

Sumqayıtda idarənin anbarı qarət olundu

Sumqayıtda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhərin İnşaatçılar qəsəbəsində yerləşən idarələrdən birinin anbarından 2158 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Rəşad Adıgözəlov və əvvəllər məhkum olunmuş Zaur Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 1692
avatar

Oxşar yazılar