Sumqayıtda avtomobilə basqın edib 127 min manat apardılar - POLİSDƏN ƏMƏLİYYAT
18 dekabr 2024 16:40 (UTC +04:00)

Sumqayıtda avtomobilə basqın edib 127 min manat apardılar - POLİSDƏN ƏMƏLİYYAT

Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127 min 298 manat pulu talayaraq qaçıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məılumata görə, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər — 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar. 

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar. 

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb.

R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. 

İstintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2283
avatar

Oxşar yazılar