Timsah 13 yaşlı Həsəni çaya aparıb yedi
18 dekabr 2024 14:21 (UTC +04:00)

Timsah 13 yaşlı Həsəni çaya aparıb yedi

Keniyada timsah 13 yaşlı məktəbliyə hücum edərək onu çaya sürükləyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sürünən Həsən adlı 6-cı sinif şagirdinə hücum edib. O, İsioloa şəhəri yaxınlığındakı Evaso Ngiro çayının yaxınlığında keçi otarıb. Uşağın yanında 11 yaşlı əmisi oğlu da olub.

Hadisədən sonra yerli sakinlər uşağı axtarmağa başlayıblar. Onlar çayın hücumun baş verdiyi hissədə iki heyvan tapıb yaxalaya biliblər. Nəticədə onlardan birinin qarnında baş da daxil olmaqla insan qalıqları aşkar edilib. Ehtimal ki, onlar Həsənə aid ola bilər.

Polis və Keniya Vəhşi Təbiət Xidmətinin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Timsahın qarnında tapılan qalıqlar müayinə üçün xəstəxanaya göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251
avatar

Oxşar yazılar