Gəncədə bıçaqlanma baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda hadisənin təfərrüatları araşdırılır. Cinayəti törədən şəxsin saxlanılıb istintaqa təhvil verilməsindən sonra əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə məktəbdən kənarda baş verib./APA