Azərbaycanın İnterpola verdiyi şəxs  bu ölkədə tutuldu
18 dekabr 2024 16:31 (UTC +04:00)

Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu

Dekabrın 16-da Rusiyanın Yekaterinburq stansiyasında nəqliyyat polisi və İnterpol əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı vətənindən qaçdığına görə beynəlxalq axtarışa verilmiş 52 yaşlı Azərbaycan sakini saxlanılıb.

Lent.az xəbər verir ki, saat 18 radələrində Yekaterinburq dəmir yolu vağzalında hüquq-mühafizə orqanlarının əməkdaşları platformada görünüşü axtarış fotolarında göstərilən işarələrə uyğun gələn kişini saxlayıblar. Lakin o, hazırda vətəninə köçürülənə qədər müvəqqəti saxlama təcridxanasındadır.

Azərbaycanlı dələduzluqda şübhəli bilinir. O, məhkəməyə qədər həbs olunmalı olsada, ölkədən qaçıb. 2024-cü ilin mayında respublikanın hüquq-mühafizə orqanları onu beynəlxalq axtarışa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Mehman Nəbiyev

Oxşar yazılar